Google webmaster alətləri

Bir çox axtarış sistemləri  saytlarının daha tez və effektiv indekslənməsi üçün güclü platformalar təqdim edir. Webmaster alətlər paneli vasitəsi ilə sayt sahibi üçün statistik məlumatları, saytın xəritəsini daxil etməyi, inkişaf dinamikasını, səhfləri təqdim edir. Hal-hazırda ən məşhur webmaster alətlərini aşağıdakı axtarış motorları təqdim edir.

  • Google Webmaster tools
  • Bing Webmaster tools
  • Yandex Webmaster tools
  • Yahoo Webmaster tools 

Google-Webmaster-Tools

Google Webmaster Tools

1

http://www.google.com/webmasters

Bu “Google”-nin  webmasterlər üçün təqdim etdiyi idarəetmə alətləridir. Bu alətlərdən doğru şəkildə istifadə  saytınızda olan səhflərdən sizi xəbərdar edər və saytınızı google axtarış motorunda ön sıralara çıxardar.

Bu alətlərdən istifadə üçün bizə nə lazımdır.

3

Google Webmaster Tools-da qeydiyyatdan keçmək. Sistemə Google akkoutunuzla daxil ola bilərsiniz.

Daxil olduqdan sonra “sayt əlavə et” bölməsindən saytın adresini yazıb, saytın sizə aid olduğunu təsdiqləyəcək  üsulların bir ilə sayt sahibliyinizi təsdiqləyib, dərhal istifadəyə başlaya bilərsiniz. 

2

Saytın sizə aid olduğunu təsdiqləmək üçün Google sizə aşağıdakı metodları təqdim edir.

4

  • HTML file upload
  • HTML tag
  • Google Analytics

HTML file upload – verilən html faylını saytınıza əlavə etməklə
HTML tag – verilən meta taqını head taqı arasına əlavə etməklə

6

Google Analytics –Google Analytics vasitəsilə
Metodlardan biri ilə sayt sahibi olsuğunuzu təsdiq edirik.

5

Sistemə daxil olduqdan sonra sol tərəfdəki bölmələrlə tanış olaq. 

7

 

 

 Messages bölümündə səhflər, dəyişiklər haqqında xəbərlıqlar yer alır. 8

Configuration
 9

 Settings (Nizamlamalar)

 Settings ► Geographics target: Bu bölümdə coğrafi hədəf təyin edə bilərsiniz. Coğrafi Hədəf təyin etmək, web saytınızın müəyyən ölkəni hədəf seçmək anlamına gəlir. Məsələn, ict.az kimi domeni qeydiyyatdan keçirtsəz avtomatik domen sonluğuna uyğun olaraq coğrafi hədəf Azərbaycan seçili olacaqdır.

Settings ► Preferred domain: bu sizə imkan verir ki, saytınızdakı urlları motor www ilə və ya www-siz indeksləsin.

Settings ► Crawl rate: Google saytın indeksləmə intensivliyini xüsusi alqoritmlər vasitəsi ilə həyata keçirir. Bu intensivliyi artıra və azalda bilərsiniz. Məsələn, GoogleBotun sayta müraciətləri serverdə yüklənmələrə səbəb olursa, bu intensivliyi azalda bilərsiniz.

Configuration ►Site links (sayt bağlantıları)

 10

Site links (sayt bağlantıları) – saytınızın axtarış nəticələrinin altında görünən və avtomatik olaraq yaradılmış qısayollar-bağlantılardır. Bu alət sizə imkan verir ki, uyğun olmayan bağlantıların sıralamada yerini aşağı salasınız.

11

URL parametrləri: Bu bölümdə  saytın url-ında olan parametlərə icazə verə və ya qadağa qoya bilərsiniz.

Səhifə məzmunu dəyişdirməyən parametrlər, məsələn,  sessionid, affiliateid, referrer Bu kimi parametlər çox vaxt ziyarətçini izləmək və yönləndirmələri qeydə almaq üçün istifadə edilir. Səhifənin əsl məzmununa heç bir təsiri yoxdur. Məsələn, aşağıdakı urllarda eyni məzmunda olar.

http://duddud.com/index.php?referrer=facebook.com

http://duddud.com/index.php?referrer=google.az

Əgər siz google’yə bu parametrləri “Səhifə məzmunu dəyişdirməyən parametrlər” kimi tanıtmazsaz saytınızın performansı aşağı düşər.

Səhifə məzmunu dəyişdirən parametrlər, məsələn newsid, sort, gender bu kimi parametrlər səhifənin məzmunu dəyişər.

Siz url parametləri təyin etməklə, google’yə köməklik etmiş olarsız, bu da axtarışda saytınızı ön sıralarda çıxardar.

Change of adress
Əgər saytınızı yeni domenə köçürtmüşsəz bu alət vasitəsi ilə Google-ni xəbərdar edə bilərsiz. Google maksimum 180 gün ərzində sizin saytını tam yeni domenlə əvəz edər.

12

Multiple users

Saytın bir neçə şəxsin tərəfindən idarə olunmasına imkan verir.

  13

Health (Saytın sağlıq vəziyyəti)

14

Bu bölmədə aşağıdakı bölmələr vardır.

  • Crawl Errors
  • Crawl stats
  • Blocked URLs
  • Fetch as Google
  • Index status
  • Malware

Crawl Errors

15

Crawl Errors (keşdəmə xətaları) Google saytınızı keşdəyərkən qarşılaşdığı səhvləri listələdiyi bölümdür. Google’nin təqdim etdiyi ən mühüm xidmətlərdən biridir. Google sizə təkcə kod xətalarını deyil, həmdə server xətalarını  təqib etməyə imkan verir. Saytdakı səhvlər çoxluğu saytın performansına aşağı təsir göstərir. Google imkan verir ki, səhvləri aradan qaldırdıqdan sonra bu barədə Google-ni xəbərdar edəsiz.

Crawl stats

16

Bu bölümdə GoogleBotun saytınızı hansı intensizliydə keşləndiyini haqqında informasiya yer alır.

Blocked URLs

17

Robots.txt vasitəsi ilə keşdənməsinə qadağa qoyduğunuz urllara nəzarət edə bilərsiz.

Fetch as Google

18

Bu alət saytınız Google kimi baxmağa imkan verir. Bu alət sizə səhifənin vəziyyət barədə məlumat verər və səhifəni Google-nin keşinə əlavə etməyə imkan verir.

Index status

19

Bu bölmədə Googlenin sizin urllarınızdan neçədəsini keşdədiyini və neçəsinin keşinə əlavə etməklə bağlı statistikanı təqdim edir. 

Malware

20

Saytınızda zərərverici kodlar, viruslar, troyanlar varsa Google sizi xəbərdar edər.

Traffic

21

Bu bölmədə aşağıdakı bölmələr vardır.

  • Search Queries
  • Links to Your Site
  • Internal links

Search Queries

Bu bölümdə saytınıza gələn ziyarətçilərin, hansı axtarış sorğuları nəticəsində gəldiyini, saytınızın hansı sorğularda neçə dəfə axtarış nəticələrində göstərildiyini görə bilərsiniz. Üstəlik açar sözlərinizin ortalama olaraq neçənci sırada olduğunu da görə bilərsiniz.

22

Links to Your Site

Burada sizin saytın linkini yerləşdirən saytları görə bilərsiniz.

Who links the most – ən çox keçid verən saytlar.
Your most linked content – ən çox link olan səhifə
How your data is linked – ən çox olan söz kontenti

23

 

Internal links

Daxili bağlantıların siyahısı

 24

Optimization

Bu bölmədə aşağıdakı bölmələr vardır.

  • Sitemaps
  • Remove URLs
  • HTML Improvements
  • Content Keywords
  • Structured Data
  • Data Highlighter
  • Other Resources

Sitemaps

25

Saytınız üçün yaratdığınız üçün yaratdığınız sayt xəritəsini və RSS fidlərinizi burda əlavə edə bilərsiniz və Google tərəfindən indekslənməsini asanlaşdıra bilərsiniz.

Remove URLs

26

Əvvəl keşlənmiş, artıq istifadə etmədiyimiz URL-ları Google-nin keşindən silə bilərsiniz.

HTML Improvements

Googlenin saytınızda qeydə aldığı HTML səhvləri aradan qaldırmaq barədə məsləhətlər ala bilərsiniz.

  • Meta description – Əskik və ya təkrarlanan meta təsvirlər problemləri
  • Title tag – Əskik və ya təkrarlanan səhifə başlıqları problemləri
  • Non-indexable content – Bəzi keşə əlavə olunmayan media faylları, video və ya şəkillər.27

Content Keywords

28

Bu bölmədə Googlenin sizin saytda ən əhəmiyyətli açar sözləri və onların müxtəlif formalarını sıralayar.

Structured Data

29

Structured Data – Googlenin saytınızdakı məzmunu anlamasına köməkçi olar. Bunlar da axtarış nəticələrindəki snippetləri göstərmək üçün istifadə edilir.

Snippetlər, hər axtarış nəticəsinin altında çıxan bir neçə sətir mətn olub istifadəçilərə səhifədə nələrin olduğu barədə məlumat verir.

Daha ətraflı burdan tanış ola bilərsiz.

https://support.google.com/webmasters/bin/answer.py?hl=tr&answer=99170

 

Share and Enjoy

  • Facebook
  • Twitter
  • Delicious
  • LinkedIn
  • StumbleUpon
  • Add to favorites
  • Email
  • RSS

Leave a Reply