Proyekt – İntellektual İnformasiya xidməti sistemi

İntellektual İnformasiya xidməti sistemi, İnformasiya Texnologiyları İnstitutunda kitabxananın işini daha səmərəli, sürətli  idarə etmək üçün nəzərdə tutulub. İnstituta daxil olan ədəbiyyatın qeydiyyatı, işçilər tərəfindən ədəbiyyatdan istifadənin qeydiyyatı, analizi və s. işləri görür. Sistemin konsepsiyası əvvəlcədən hazır idi və sistemin ilk versiyası mən gələnə qədər mövcud idi. Sistemin ideya müəllifi Kifayət Qasımova olub. Onun rəhbərliyi altında sistem yenidən işlənmiş, mövcud proseslər təkmilləşdirilmiş, yeni funksiyalar əlavə edilmiş və sistemin intellektuallığı artırılmışdır. Lahiyə 2009-2011-ci illər ərzində işlənilmişdir. Hal-hazırda İnstitutun kitabxanasında istifadə edilir.  Sistemin işi şöbənin əməkdaşları tərəfindən aparılır.

Hər bir işçi ona verilən istifadəçi adı və şifrə ilə sistemə daxil olaraq müxtəlif əməliyyat : ədəbiyyatdan istifadəsinə baxa, kitab sifariş və s. edə bilər.

Sistemin baş səhifəsi: həftə ərzində alınan yeni ədəbiyyatın siyahısı və naviqatordan ibarətdir.
1




İstifadəçilər bazası – Sistemdə qeydə alınan istifadəçilərin siyasını təqdim edilir.

3

Hər bir istifadəçinin adına daxil olaraq haqqında olan məlumatlara baxa, dəyişdirə və silər bilərik.
2

Profildə işçinin kitabxanadan istifadəsinə və indiki vəziyyətinə nəzarət etmək imkanı vardır. Vaxtına qalan və vaxtı bitən ədəbiyyatın siyasını görə bilərik. Siyahıda kitabın nə vaxt götürüldüyünü, nə vaxt qaytarılmalı olduğunu və vaxtına nə qədər qaldığı və ya nə qədər keçdiyini görmək mümkündür.  Şəkildəki mənim profilimdi, qırmızı ilə olanlar 2 ildiki mənim əyağımdadı 🙂
Admin vaxtı keçmiş ədəbiyyat barədə işçiyə email ilə xəbərdarlıq göndərə bilər və işçi ədəbiyyatı kitabxanaya qaytardıqda “Qaytar” əməliyyatı ilə adından çıxarda bilər.

4

Sistemdə hər bir ədəbiyyat növü üçün (kitab, jurnal, qəzet, CD) müddət müəyyənləşdirilib. Əgər işçi kitabın müddətini artırmaq isdəyirsə “vaxtını artır” əməliyyatı vasitəsi ilə müddəti seçir, vaxtı artırır və ya azaldır.
5

“Qaytarılan ədəbiyyat” bölməsində bu vaxta qədər oxuduğum kitabları görə bilərsiniz nə qədər vaxta oxuduğumu da göstərir.
6
Elmi fəaliyyət – Bu bölmədə işçinin elmi fəaliyyəti yer alır, yazdığı məqalələr, tezis, müsahibə, tezis və s. yer alır.
7

“Daxiletmə” bölməsində 17 adda ədəbiyyat növü bazaya daxil edilir.8
Məsələn kitabın daxil edilməsi. 9
Statistika bölməsi – bu bölmədə institutun müxtəlif göstəricilərinə baxmaq olur. İlkin səhifədə kitabxanada olan, cari anda işçilərdə olan ədəbiyyatın siyahısı və hesabatları almaq üçün formlar vardır. Konkret bir işçinin göstəricilərinə baxmaq imkanı əlavə edilib. Verilən interval üzrə kitabxanaya daxil edilmiş ədəbiyyatların siyahısına baxmaq mümkündür.
10
Kitabxanaya daxil edilmiş ədəbiyyatın qrafik hesabatları.
11
Vaxt keçmiş ədəbiyyatın siyahısı.
12
İşçinin kitabxanadan istifadə etmə göstəriciləri
13
İnterval üzrə kitabxanaya daxiletmələr. 14

QRNTİ naviqatoru – naviqator məhz bu sistem üçün yazılıb, yalnız biblioqrafik göstəricilər kənardan götürülüb. Naviqatorda dəyişiklər etmək, silmək, alt bölmə əlavə etmək mümkündür. Kitab daxiletməsi zamanı kitabın biblioqrafik göstəriciləri bu sistem vasitəsi ilə daxil edilir.
15

UDK naviqatoru – bu  naviqator da məhz bu sistem üçün yazılıb, yalnız biblioqrafik göstəricilər kənardan götürülüb. Naviqatorda dəyişiklər etmək, silmək, alt bölmə əlavə etmək mümkündür. Kitab daxiletməsi zamanı kitabın biblioqrafik göstəriciləri bu sistem vasitəsi ilə daxil edilir. 17

Email bildiriş sistemi – istifadə müddəti bitmiş işçiyə avtomatik xəbərdarlıq email göndərilir.

16

 

Kitab sifarişi – Hər bir işçi ona verilən istifadəçi adı və şifrə ilə sistemə daxil olaraq kitab sifariş verə bilər. Sifarişin müxtəlif statusu ola bilir.
18

Axtarış – axtarış bütün ədəbiyyat növü üzrə mövcuddur. Sizə kitab üzrə axtarışı təqdim edirəm. Kitab üzrə 4 növ axtarış mövcuddur.
Sadə axtarış.
19
Lüğət üzrə axtarış – açar sözlər vasitəs ilə axtarış aparıla bilər.
20

Udk navoqatoru üzrə axtarış – Seçilmiş kataloqda axtarış aparıla bilər.25
QRNTİ navoqatoru üzrə axtarış – Seçilmiş kataloqda axtarış aparıla bilər.

26

Axtarış aparıldıqdan sonra axtarışın nəticəsində kitaba (ədəbiyyata) baxa, dəyişiklik edə və kitabı işçinin adına yaza bilərsiniz. Qırmızı ilı göstərilən kitabın bütün ekzempilyarları əldədir.22
Kitaba (ədəbiyyata) baxış – burada kitab haqqından informasiyalara baxa, silə, dəyişdirə və kartıçka üçün çap edə bilərsiniz. Bundan əlavə kitabın istifadə tarixçəsi də yer alır.
23

Kitabın istifadəçiyə verilməsi – Əgər ədəbiyyat kitabxanadadırsa müvafiq müddətə istifadəçiyə verilir.2427

Sistem hal-hazırda tətbiq edilir.

Share and Enjoy

  • Facebook
  • Twitter
  • Delicious
  • LinkedIn
  • StumbleUpon
  • Add to favorites
  • Email
  • RSS

Leave a Reply