Proyekt – Qeydiyyat-buraxılış sistemi

“Qeydiyyat-buraxılış” sistemi Turniket avadanlığı üçün yazılmış proqram təminatıdır.  Sistem giriş-çıxış qeydləri əsasında operativ, xüsusi hesablarını təqdim edir. İşçilərə verilmiş kartlar onları identifikasiya edir. Giriş-çıxış hadisələrini turniket qeydə alır. Sistem, aparatın bazasından informasiya götürərək emal edir.

Sistem, Apache platforması üzərində işləyir, proqramlama dili olaraq PHP, VBİS olaraqMYsql seçilmişdir. Sistem , tuniket avadanlığın fiziki olaraq qoşulduğu komputerdə lokalhost üzərində işləyir. Bu da imkan verir ki, sistemə lokal şəbəkə qoşulu digər cihazlardan daxil olsunlar.  Sistemə giriş istifadəçi adı və şifrə vasitəsi ilə həyata keçirilir.

Sistem hal-hazırda AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda istifadə edilir.
1

FƏALİYYƏT PLANININ STRUKTURU

  1. Qeydiyyat-buraxılış məntəqəsində turniket avadanlıqlarının və komputer şəbəkəsinin qurulması 
  2. Mövcud sistemlərin araşdırılması
  3. Sistemin layihələndirmə məsələlərinin müzakirəsi və təsdiq edilməsi
  4. Sistemin strukturunun işlənməsi
  5. Sistemin proqram vasitələrinin seçilməsi
  6. Sistemin interfeysinin işlənməsi
  7. Hesabatların daxiledilməsi modulunun işlənməsi
  8. Hesabatların alınması üçün parametlərin seçilməsi
  9. Hesabat formasının seçilməsi modulunun işlənməsi 
  10. Vaxt müddətinə məhdudiyyətin qoyulması modulunun işlənməsi
  11. Hesabat tipinin seçilməsi modulunun işlənməsi
  12. Hesabat növünün seçilməsi modulunun işlənməsi
  13. İcazələr modulunun işlənməsi
  14. İş saatı qrupları modulunun işlənməsi
  15. İşçilər cədvəli modulunun işlənməsi
  16. Şöbələr modulunun işlənməs
  17. Şöbə müdirlərinə istifadəçi adı və şifrənin verilməsi modulu
  18. Təqvim modulunun işlənməsi 
  19. Kartsız giriş modulunun işlənməsi
  20. Sistemdən istifadə təlimatının işlənməsi
  21. Sistemin quraşdırılması
  22. İstifadə təliminin keçirilməsi
  23. Sistemin sınaq işlərinin aparılması və təhvil verilməsi
  24. İstismarı müddətində sistemin müşayiət edilməsi

Sistemin interfeysinin işlənməsi

2İştifadəçi adı və şifrəni daxil etdikdən sonra sistemin interfeysi açılır.

  • İnterfeys 3 hissədən ibarətdir.
  1. Alətlər paneli
  2. Avtoyenilənmə
  3. Hesabatlar formu

 

  • Alətlər paneli aşağıdakılardan ibarətdir.
  1. Əsas səhifə
  2. İcazələr
  3. Qruplar / Qrup yarat
  4. İşçilər
  5. Şöbələr
  6. Adminlər
  7. Təqvim
  8. Kartsız giriş
  • Avtoyenilənmə bölməsi sistemi fiziki avadanlığla inteqrasiyasını həyata keçirir.
  • Hesabatlar formu aşağıdakı parametrlərdən ibarətdir.
  1. Başlanğıc tarix – tarix formatinda parametr: İntervalın başlanğıcını təyin edir.
  2. Son tarix – tarix formatında parametr: İntervalın sonunu təyin edir.
  3. Hesabatın növü: Hesabatın şöbə və ya bütün əməkdaşlarla üçün aparılmasını təyin edir.
  4. Hesabatın tipi.
    4.1 İşə gecikənlər
    4.2 İşdən yayınanlar
    4.3 İşdən tez gedənlər
    4.4 İşə gəlməyənlər
    4.5
     Ümumi (4.1+4.2+4.3+4.4)
    4.6 İşdən icazə alanlar.
  5. Vaxt intervalı – dəqiqə tipində olub, daxil edilən vaxtdan az əmək intizamını pozan işçiləri hesabtlarda göstərmir.
  6. Hesabatın forması
    6.1 Sadə
    6.2 Geniş
    6.3 Qrafik: saya,vaxta və hər ikisinə görə.
  • Bütün əməkdaşlar üzrə işə gecikənlərin hesabat formaları nümunələri.
    Təqdim olan nümunlər eyni ilə işdən yayınma, tezgetmə üçün də verilə bilər.


1. Bütün əməkdaşlar üzrə gecikənlər  – sadə hesabat

3

2. Bütün əməkdaşlar üzrə gecikənlər  – geniş hesabat

4

3. Bütün əməkdaşlar üzrə gecikənlər  – saya görə qrafik hesabat

5


4. Bütün əməkdaşlar üzrə gecikənlər – vaxta görə qrafik hesabat

6


5. Bütün əməkdaşlar üzrə gecikənlər – vaxt və saya görə qrafik hesabat
7


6. Bütün əməkdaşlar üzrə işdən yayınanlar – geniş hesabat.
Sistemdə yayınma işə daxil olduqdan sonra iş saatı müddətində çıxıb, yenidən işə qayıtmaq nəzərdə tutulur. İşə gecikmə və işdən tez getmə işdən yayınma vaxtına daxil olmur.
189


7. Bütün əməkdaşlar üzrə işə gəlməyənlər – sadə hesabat
10


8. Bütün əməkdaşlar üzrə işə gəlməyənlər – geniş hesabat
99
9. Bütün əməkdaşlar üzrə işdən icazə alanlar – sadə hesabat
89
10. Bütün əməkdaşlar üzrə işdən icazə alanlar – geniş hesabat
88
11. Bütün əməkdaşlar üzrə ümumi hesabat

11

 

  • İcazələr modulu – Sistemə giriş lokal şəbəkəyə qoşulu cihazdan sistemə daxil olmaq mümkündür.
    Sİstemdə 2 cür istifadəçilər vardır
    – Superadminstratorlar
    – Adminlər
    Adminlər şöbə müdirləridir. Sistemdə Superadminstator, şöbə müdirlərinə istifadəçi adı və şifrə verir.
    16Hər bir şöbə müdiri öz şöbəsinin hesabatlarına baxa bilər və iş saatını maksimum yarısı qədər səbəb göstərməklə icazə verə bilər. Tam gün icazəni ancaq rəhbərlik verə bilər.

133

  • İş saatı qrupları – sistemin davamlı işləməsi üçün iş saatı qrafikləri yaradılır. Məsələn tələbələr üçün və ya fərqli iş saatı qrafikləri olan işçilər üçün iş saatı qrupları yaradılır və bu sistemin stabilliyini təmin edir.

14

  • İşçilər modulu – İşçilər haqqında məlumatlar, daxil olduğu şöbə, iş saatı qrupu dəyişdirilə bilir, hesabatlarda adının çıxıb-çıxmaması təyin edilir.

15

  • Təqvim modulu – Sistemin davamlılığını saxlamaqdan ötrü əvvəlcədən bayram günləri, şənbə-bazar günlərinə düşən iş günləri, bayram günlərindən əvvəlki 1 saat qısa günləe sistemə tanıdılır. 

17

 

  • kartsız giriş modulu – Sistemin stabilliyi saxlamaqdan ötrü kartını unutmuş işçinin hərəkəti (giriş və ya çıxış) imitasiya edilir.

 

188

 

Qeyd: Sistem hal-hazırda İnstitutda tətbiq edilir, test edilir və çıxan problemlər aradan qaldırılır.

Share and Enjoy

  • Facebook
  • Twitter
  • Delicious
  • LinkedIn
  • StumbleUpon
  • Add to favorites
  • Email
  • RSS

Leave a Reply