Tag Archives: google analytics

Saytın axtarış trafikinin yüksəldilməsi – 1

Sayt üçün daimi istifadəçi trafiki qədər axtarış robotlarından gələn trafik də çox önəmlidir.Bəzi anlayışlarla tanış olaq:

 Impressions – saytın axtarış nəticələrində çıxma sayı
Clicks – axtarış nəticələrində sayta daxil olanların sayı
CTR (Click through rate ) –   ( Clicks /   Impressions ) * 100 – faizlə göstərici.

CTR yüksən olması yaxşı haldır. Yüksək olarsa demək ki, sizin saytınız uyğun açar sözə köklənib və kontent keyfiyyətlidir. Güman ki, CTR yüksək olan sözlər daha çox saytın aid olduğu kateqoriyada olur. Bəzən elə açar sözlər olur ki, Impression çox, Click az olur, yəni ki, CTR az olur. Sayta yeni açar sözlərlə kontent əlavə etməkdənsə CTRi aşağı olan açar sözlərlə bağlı kontentin əlavə edilərək CTR-nin yüksəldilməsi daha effektlidir. Yəni ki, bu açar sözlərlə bağlı artıq sizin saytının nəticələrdə çıxır, bircə qalır kliklərin sayını artıqmaq. CTRi az olan, ümumiyyətlə saytın göstəricilərinə baxmaq üçün Google Analyticsdən istifadə etmək olar.
Traffic Sources -> Search Engine Optimization – > Queries bölümündə müxtəlif parametrlər üzrə açar sözlərinə baxmaq imkanı vardır.

Nümunə üçün hazırladığım videoda daha ətraflı izah edilib. Videoda bəzi ləngimələrə  görə üzürlü sayın.

Share and Enjoy

  • Facebook
  • Twitter
  • Delicious
  • LinkedIn
  • StumbleUpon
  • Add to favorites
  • Email
  • RSS